Elman Rüstəmov və müavinlərinin maaşı azaldıldı

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə əmək haqqı qismində 869 min manat ödənilib. "APA-Economics" xəbər verir ki, bu barədə Mərkəzi Bankın ötən il üzrə audit hesabatında deyilir.

 

2015-ci ildə Mərkəzi Bank rəhbərliyinin əmək haqqı fondu 890 min manat təşkil edib. Beləliklə, onlara ödənilən əmək haqqı 2,36% və ya 21 min manat azalıb.

 

Mərkəzi Bank ötən il ezamiyyə xərclərini 9,09% azaldaraq 143 min manata çatdırıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR