FHN-in Akademiyasında Heydər Əliyevin 94 illiyi qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün həyatını canından da artıq sevdiyi Vətəninin tərəqqisinə həsr edib. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbərinə, hər bir azərbaycanlının qürurla səsləndirdiyi şüara çevrilib.
Sonra Milli Məclisin üzvü, professor Hüseynbala Mirələmov müasir Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.
Tədbirin sonunda ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır