Qax sakini doğum günündə qəzada öldü
Qaxda 29 yaşlı gənc doğum günündə baş verən yol qəzasında həyatını itirib. APA TV-nin məlumatına görə, hadisə bu gecə saat 02.00 radələrində Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində baş verib.
Qax rayonunun Qorağan kənd sakini, 1993-cü il təvəllüdlü Elçin Paşa oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 08 BF 989 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Nəticədə avtomobilin sərnişini, sürücünün həmkəndlisi, 1988-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Qafarov aldığı xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Elçin Əliyevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
Qeyd edək ki, yol qəzasında həyatını itirən Ruslan Qafarov bu gün doğum gününü qeyd edəcəkdi.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır