Xaçmazda satış məqsədilə kəsilən at əti tapıldı

Xaçmaz rayonunun Padar kəndində meşə massivindən kəsilmiş at cəmdəyi tapılıb.

 

Xaçmaz rayon Baytarlıq İdarəsindən APA TV-nin şimal bürosuna məlumatına görə, həmin heyvanı Bakı şəhərində satmaq məqsədilə kənd sakini İsmayıl Məmmədovun kəsdiyi müəyyənləşib.

 

O, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Atın cəsədi və kəsilmiş başı müayinə olunmaq üçün baytarlıq idarəsinə gətirilib.

 

Xaçmaz rayon Baytarlıq İdarəsinin rəis əvəzi Ağabəy Məmmədov bildirib ki, tapılan sümükdən ayrılmış 100 kq at ətidir: "Məmmədov İsmayıl Müzəffər oğlunun dediyinə görə, öz atıdır. Kəsib satmaq üçün Bakı şəhərinə aparmaq istəyib. 3-4 sellofan torbaya qoyulmuş vəziyyətdə aşkar edilib, baytarlıq idarəsinə gətirilib".

 

Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR