Paytaxtda zəncirvarı qəza baş verib

Bakının Nərimanov rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Qəzada 3 avtomobil toqquşub.
 

"QAZ-3110" və "Daewoo" markalı nəqliyyat vasitələri ardıcıl olaraq işıqforun qırmızı işığında dayanıb. Bu vaxt arxadan gələn "Mercedes" markalı minik maşını ara məsafəsinin qorunmaması səbəbindən "Daewoo", o da öz növbəsində "QAZ-3110" markalı avtomobilə çırpılıb.
 

Avtoqəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin təfərrüatlarını YPX əməkdaşları araşdırır.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR