Bakıda piyadanı motosiklet vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində Sultan Gözəlovun idarə etdiyi motosiklet (skuter) yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Hadisə paytaxtın Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib. 

 

Təfərrüat və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR