Şirvanda "Seyid əməliyyatı"... Seyidlər nə işlə məşğul olub? - TƏFƏRRÜAT

Şirvanda heroin satışı ilə məşğul olan ata, oğul və bir qadın saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1 may küçəsi, ev 14 ünvanında yaşayan, əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunmuş, 45 yaşlı Ağəmi Seyidsadiq Mirmehdi oğlunun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Keçirilən əməliyyatın davamı olaraq adı çəkilən şəxsin oğlu - Şirvan sakini, eyni ünvanda yaşayan Ağəmi Seyidrza Seyidsadiq oğlunun nikahdankənar yaşadığı Mehriban Səmədovaya məxsus evdən də narkotik vasitə olan heroin tapılıb: "Ağəmi Seyidrza Mehriban Səmədova ilə qabaqcadan əlbir olaraq qrup halında satış məqsəd ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib və mənzildə saxlayıb".
 

Bundan başqa Ağəmi Seyidrzanın  atası - əvvəllər məhkum olunmuş Seyidsadiqin üstündən də 1,002 qram heroin aşkar olunub: "Balıq tutmağa gedirdim, yerdən kağıza bükülü narkotik tapdım, qoydum cibimə.  Dedim, görüm nədi bu? Əvvəllər narkotik üstündə məhkum olunmuşam. Oğlumun narkotiklə məşğul olması barədə suala cavab verə bilmərəm".
 

Saxlanılan Ağəmi Seyidrza narkotik maddəni əcnəbi vətəndaşdan aldığını iddia edir: "Narkotik vasitəni İrandan əldə etmişəm. İranda olanda danışmışdım. Zəng vurmuşam, pulu aparıb qoymuşam gizli yerə, narkotiki götürmüşəm. Özüm istifadə edirəm. Narkotik vasitələri hissələrə bölürdüm, Bakıya gedəndə çəkdiyim qədər götürürdüm".

Mehriban Səfərova isə evin nənəsinə aid olduğunu deyib: "Evdə narkotik tutulduğuna görə məni polislər saxlayıb. Yaşadığım oğlandır, gəlib bizə, mən də əməliyyat olunduğumdan uzanmışdım. Gördüm ki, onun əlində sellofan var. Bu zaman polislər evə daxil oldu. Nənəmin evidir. Oğlanın narkotik satdığını bilmirdim. 2 ildir onunla yaşayıram, narkotiklə məşğul olduğundan xəbərim yoxdur".

Hər iki faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi başlanmış, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR