Ərdoğanın müşaviri: "Amerika hərbçilərini vura bilərik"

Türkiyə prezidentinin müşaviri İlnur Çevik Suriyanın şimalında mövqe tutan ABŞ xüsusi təyinatlılarına zərbə endirə biləcəklərini deyib. APA TV-nin məlumatına görə, bu barədə "Politico" nəşri yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Suriya-Türkiyə sərhədində YPG ilə əməkdaşlığı çox neqativ nəticələrə gətirib çıxara bilər.

"Biz orada Amerikan hərbi kontingentinin olub-olmadığına fikir verməyəcəyik. Zərbə endirsək bundan ABŞ hərbçiləri də zərər görə bilər".

Bundan əvvəl Ankaranın terrorçu kimi tanıdığı PYD/YPG qüvvələri ABŞ-ın bölgəyə hərbi texnika yerləşdirdiyini bəyan edib. Həmin texnikalar isə onların nəzarətində olan Kobani-Kamışlı ərazisinə gətirildiyi bildirilib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR