II Yelizaveta ərini "təqaüdə" göndərdi

İngiltərə kraliçası II Yelizaveta həyat yoldaşı Filipi krallıqda keçiriləcək bütün rəsmi tədbirlərdən kənarlaşdırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, son vaxtlar Filipin rəsmi mərasimlərə qatılmaması əhalidə onun vəfat etməsi ilə bağlı şayiələrin yaranmasına səbəb olub. Hətta nüfuzlu "The Sun" qəzeti bugünkü sayında onun vəfat etdiyi barəsində xəbər yayıb, sonradan isə məlumat saytdan çıxarılıb.

 

Lakin bir qədər sonra Bukenhem sarayında təcili iclas çağırılıb. İclasdan sonra bu ilin payızından etibarən krallıq adından keçirilən rəsmi tədbirlərə şahzadə Filipin deyil, Çarlzın qatılacağı açıqlanıb. Bununla belə, Filipin səhhətində heç bir problemin olmadığı, özünü gümrah hiss etdiyi də bildirilib.

 

Xatırladaq ki, 95 yaşlı şahzadə Filipin krallıqdakı əsas vəzifəsi yalnız açılış mərasimlərinə qatılmaqdan ibarət olub. Lakin son zamanlar onun yerinə tədbirlərdə övladları iştirak edib.

 

Qeyd edək ki, krallıqdan məsələ ilə bağlı əlavə şərh verilməsə də, onun bütün tədbirlərdən kənarda saxlanılmasına son zamanlar sərgilədiyi qeyri-adekvat davranışların səbəb olduğu ehtimal edilir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR