Sabir bağında 3 gün konsert olacaq

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda xüsusi mədəni proqram təşkil ediləcək. 

 

APA TV-nin məlumatına görə, Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə həyata keçiriləcək tədbirlərdə turistlər və paytaxt sakinlərini rəngarəng çıxışlar gözləyir: “Sabir bağında biz milli adət-ənənələrimizi nümayiş etdiririk. Burada el sənətçiləri olacaq, əl işləri nümayiş olunacaq. Milli mətbəximiz də olacaq. Axşam saat 20.00-da məşhur “Radio&Video” rok qrupunun konserti keçiriləcək, mayın 5-i axşam saat 18.00-da etno-konsert başlayacaq. Eyni zamanda məşhurların çıxışları gözlənilir. Konsertdə regionlardan gələn etno-qruplar çıxış edəcək. Saat 21.00-dan isə caz və blyuz sədaları altında romantik axşam təşkil ediləcək. Proqrama Alov Şousu da daxildir”.

 

Mayın 6-da 20.00-da “Dərvişbend” qrupunun solisti Nara Vayt öz proqramını təqdim edəcək. Rəsmilərin də dəvət olunduğu mədəni tədbirlərə paytaxt sakinləri və turistlərin girişi sərbəstdir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR