"Atletlər Kəndi"ndə etno-konsert keçiriləcək

IV İslam Həmrəyliyi Oyunları zamanı Milli Turizm Təbliğatı Bürosu "Atletlər Kəndi"ndə etno-konsert təşkil edəcək.

 

APA TV-nin məlumatına görə, Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib ki, media mərkəzdə də mədəni tədbir gerçəkləşəcək. Büro İslamiadaya gələn qonaqları xüsusi təmtəraqla qarşılayacaq: “Bundan əlavə, mayın 12-dən 22-ə qədər Sabir bağında və Nizami küçəsində müxtəlif ölkələrin mədəniyyət günləri keçiriləcək. Məsələn, mayın 13-də İran günü, 20-də Türkiyənin günü olacaq. Həmçinin müxtəlif ölkələr öz qruplarını, folklor qruplarını, sənətkarlarını, milli mətbəxini gətirəcəklər. İslam Oyunlarına 56 ölkə gələcək. Düzdür, onların hamısının günlərini təşkil etmək mümkün deyil, amma çalışırıq ki, kimin arzusu varsa, həmin ölkələrin mədəniyyətlərini təbliğ edək”.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR