İraqdakı ABŞ hərbi bazasında əxlaqsızlıq yuvası aşkarlandı

İraqdakı ABŞ hərbi bazası əxlaqsızlıq yuvasına çevrilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl "Sallyport Global" şirkəti 700 milyon dollar dəyərindəki müqavilə əsasında bazanın mühafizəsi ilə məşğul olmağa başlayıb.

Əslində isə sözügedən şirkət bu hərbi obyekti əxlaqsızlıq yuvasına çevirib. Bundan əlavə, hərbi baza vasitəsilə narkotik, habelə spirtli içkilərin qaçaqmalçılığı da həyata keçirilib.

 

Bazaya Bağdaddan gətirilən qadınlar burada əsasən xidmətçi kimi rəsmiləşdirilib, daha sonra uçuş zolağının kənarındakı otaqlarda əxlaqsızlığa cəlb ediliblər. Bu fakt isə  personalın poliqona sərxoş vəziyyətdə çıxmasından sonra aşkarlanıb.

 

"Sallyport" müstəqil auditorlar vasitəsilə bazada yoxlama təşkil edib. Onun nəticələri ABŞ hökumətinə təqdim edilməli olduğu halda, şirkət bilərəkdən bunu etməyib. Əvəzində isə Pentaqona təhrif edilmiş faktlar göndərilib.  

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR