Şabranda oğrular saxlanıldı: "Açarlar üstündə idi, sürmək istədim..."
Şabran rayonunda iki oğurluq faktının üstü açılıb. APA TV-nin Şimal bürosunun məlumatına görə, rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.
1980-ci il təvəllüdlü Fizuli Ocaqov C. Həsənova məxsus 2 baş qoyunu başqa-başqa vaxtlarda oğurlayaraq satıb. 3-cü dəfə də eyni yerdən qoyun oğurlayan şəxsi Şabran rayon Polis Şöbəsinin əməkdaşları yaxalayıb. Saxlanılan şəxs birinci oğurladığı qoyunu 250 manata, ikincini 200 manata satdığını etiraf edib.
Keçirilən digər əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus “VAZ 2106” markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər tutulub. Səxavət Abdullayev və Elməddin Rzayev Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb: "Sərxoş idim. Ərazidən keçəndə qapılar açıq idi, açarlar da üstündə idi. Sürmək üçün götürdüm, apardım saxladım".
Onun ortağı isə oğurluq fikrində olmadığını iddia edib:
"Qaçıran vaxt dedim saxla düşürəm, saxlamadı. Sonra saxladı, düşüb gəldik".
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır