Maşın aşdı, termoslar açıldı, qaynar çay 8 nəfəri yandırdı - CƏLİLABADDA QƏZA
Cəlilabadda işçiləri tarlaya aparan mikroavtobus aşıb. APA TV-nin yerli bürosunun məlumatına görə, nəticədə 8 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb. Mikroavtobusun sürücüsü təpəlik ərazidə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb. Bu zaman işçilərin xüsusi termoslarda özləri ilə apardıqları qaynar çay üstlərinə dağılıb.
Qəzada 16 yaşlı Nəzrin Qəhrəmanova, 48 yaşlı Xuraman Abışova, 27 yaşlı Tünzalə Fərəcova, 38 yaşlı Könül Mirzəyeva, 21 yaşlı Mələk Rəhimova, 25 yaşlı Rəvanə Abbasova, 29 yaşlı Elnarə Əhmədova, 29 yaşlı Ülkər Mahmudova müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkim Valeh Məmmədov deyib ki, daxil olan xəstələrin əksəriyyəti yanıq xəsarətləridir: "Xəstələrə müvafiq tibbi yardım göstərilib və hazırda göstərilməkdədir".
Qeyd edək ki, xəsarət alanlar Cəlilabadın Adnalı, Şiləvəngə, Əliqasımlı kənd sakinləridir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır