Ağdamda ev yandı: ailə üzvləri yatmış vəziyyətdə olub
Ağdamda birmərtəbəli, dördotaqlı ev yanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hacıturallı kəndində qeydə alınıb.
Mübariz Əliyevə məxsus evdə yanğın gecəyarısı baş verib. 169 kvadratmetr sahəsi olan ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqadası alovu əlavə tiklilərə keçmədən söndürə bilib.
Yeddi nəfərlik ailə üzvlərinin hamısı həmin vaxt yatmış vəziyyətdə olub. Ev sahibinin sözlərinə görə, onları çətinliklə də olsa xilas etmək mümkün olub.
Evin işanlı qızının və gəlinin cehizləri isə tamamilə yanıb.
OXŞAR XƏBƏRLƏR
14:39
403
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
575
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1132
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1019
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1697
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1172