Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başladı
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. APA TV-nin məlumatına görə, Dialoq Forumu çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin III toplantısı keçirilir.
Toplantıda çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov deyib ki, Bakının həm müasir, həm də klassik arxitekturası burada mədəniyyətlərin harmoniyasının olduğunu göstərir: “Azərbaycan multikulturalizm ənənələrinin məkanıdır, sivilizasiyaların kəsişdiyi ölkədir. Azərbaycan artıq neçənci dəfədir ki, bu tədbirə ev sahibliyi edir. “Bakı prosesi” bizi narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib”.
Çıxış edən UNESCO-nun insan hüquqları üzrə attaşesi Liliya Çauşeva deyib ki, müzakirə olunacaq məsələlər çox əhəmiyyətlidir: “Hər birimizə fikirlərimizi çatdırmaq, müzakirələr aparmaq üçün imkan yaradılıb. Biz güclü olmalı, problemlərin həllini yollarını axtarmalıyıq. Dünyanın simasının dəyişməyə çalışmalıyıq ki, hər şey daha yaxşı olsun”.
“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda olan tədbir UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə keçirilir.
Sabah - mayın 5-də baş tutacaq forumun rəsmi açılışından sonra "Zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək" mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyədə görüşü keçiriləcək.
Mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, "Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə" mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində bir sıra mövzular haqqında müzakirələr aparılacaq.
Forumun "Qida təhlükəsizliyi və cəmiyyətin sabitliyi məsələsində mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhə nail olmaqda əsas elementlər" mövzusunda ikinci plenar sessiyası da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır