Nazir vətəndaşları qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Şirvan şəhərində vətəndaşları qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində keçirilən qəbulda Şirvan şəhərindən, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, yeni musiqi məktəblərinin və klubların açılması, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması və s. məsələlər yer alıb.
Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Ə.Qarayev vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini, onların hamısının diqqətlə nəzərdən keçiriləcəyini deyib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI