Ərdoğanla Putinin "pomidor davası": YENƏ ALINMADI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kreml rəhbəri Vladimir Putinin görüşünün nəticələrinə görə, iki ölkə arasındakı məhdudiyətlərin aradan götürülməsi qərarlaşdırılsa da, Türkiyədən pomidor idxalına qadağa hələlik qüvvədə qalacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya prezidenti türk həmkarı ilə görüşündən sonra bildirib.
O, sanksiyaların hər iki ölkənin iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək, tikinti, tekstil, xidmət və xüsusilə Türkiyədən gələn işçi qüvvəsinə qarşı sanksiyaların ləğv olunduğunu açıqlayıb.
"Pomidor qadağası"nın ləğv olunmamasına gəlincə prezident deyib ki, bu bilavasitə həmin məhsulu yetişdirmək üçün külli-miqdarda kredit götürən fermerlərin maraqlarına xidmət edir. Həmçinin Türkiyə vətəndaşlarının Rusiyaya vizasız gəlişinə bundan sonra da icazə verilməyəcək. Prezident V. Putinin sözlərinə görə, bu məsələdə biznes və ya xidməti fəaliyyəti səbəbindən Rusiyaya gələcək Türkiyə vətəndaşlarına qarşı istisnalar tətbiq oluna bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya analitikləri "təyyarə böhranı"ndan sonra təkcə buğda idxalına qoyulan qadağa nəticəsində Rusiyaya ümumilikdə 1,5 milyard dollar maddi ziyan dəydiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır