Masallıda 5 yaşlı uşaq sünnət olunarkən öldü - DOĞUM GÜNÜNDƏ
Masallıda 5 yaşlı uşaq təqaüddə olan həkim tərəfindən sünnət olunarkən ölüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
Kənd sakini, 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etmək üçün evə təqaüddə olan həkim Ramiz Sadıqov dəvət olunub. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, Ramiz Sadıqov Masallıda özəl tibb mərkəzlərinin birində cərrah kimi çalışır. Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.
Bu gün ad günü olan Kənanın atası keçən il yol qəzasında vəfat edibmiş.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır