Dubay şeyxinə İstanbulda spirtli içki icazəsi: AKP-lilər "Evet", CHP-lilər "Hayır" deyib

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Maktum İstanbuldakı ticarət mərkəzində spirtli içki sata biləcək.

 

APA TV-nin məlumatına görə, Maktumun "Emar Skueə layihəsi"ndəki ("Emaar Square Projesi") ticarət mərkəzində alkoqol satışına icazəni AKP-li bələdiyyə üzvləri verib.

 

İcazə üçün müraciət ötən ilin dekabrında olunub. Mayın 2-də Üsküdar Bələdiyyə Məclisində müzakirəyə çıxarılan müraciət haqqında müsbət qərar verilib. Bələdiyyə üzvlərindən AKP-lilər müraciətə "Evet" deyib, CHP-lilər isə "Hayır".

 

Üsküdarda indiyə  kimi 19 bu cür müraciət AKP-li üzvlər tərəfindən ləğv olunub. Ticarət mərkəzi aprelin 28-də açılıb. HayHh

 

 

Qeyd edək ki, bir neçə gün öncə Adana valisi vilayətdə bir çox ictimai yerdə spirtli içkiyə qadağa qoyub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR