ABŞ Konqresində "Anti-Rusiya Komitəsi" yaradılır
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın digər ölkələrə təsirinə qarşı mübarizə məqsədilə xüsusi komitənin yaradılmasına qərar verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, komitənin maliyyələşmə məsələləri 2017-ci ilin dövlət büdcəsi hesabına həll ediləcək.
Komitənin əsas funksiyalarından biri Rusiyanın KİV-də dezinformasiya yayılması, habelə agentlər vasitəsilə digər dövlətlərə təsir mexanizmləri, habelə Rusiya tərəfindən mümkün terror aktları əleyhinə mübarizənin təşkili olacaq.
"Anti-Rusiya Komitəsi"nin tərkibinə Kəşfiyyat Xidməti rəhbərinin, habelə Dövlət Departamenti, Pentaqon, Enerji Nazirliyi, eləcə də Federal Təhqiqatlar Bürosunun nümayəndələri daxil olacaq.
Yeni qurum öz fəaliyyəti, habelə Rusiya hakimiyyəti tərəfindən yönələn istənilən təhlükə ilə bağlı mütəmadi olaraq konqresə hesabat verməlidir. Konqresdə yeni komitənin maliyyələşməsi ilə bağlı səsvermə isə mayın 5-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır