Neft ABŞ-dan qaynaqlanan amillərin təsiri altında ucuzlaşır
ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair rəsmi hesabat açıqlanıb. Hesabata əsasən, ölkədə neft ehtiyatları ötən həftə də azalıb, amma azalma proqnozlarda iddia edilən miqdarda olmayıb.
APA TV-nin xəbərinə görə, ekspertlər ABŞ-ın neft ehtiyatlarının 2,3 milyon barel azalacağını gözləsələr də, azalma cəmi 900 min barel olub. Bu amil onsuz da ucuzlaşmaqda olan neftin qiymətinə mənfi təsir göstərib.
Birjalarda “Brent” markalı neftin bir bareli 50,68 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 47,67 dollardan təklif olunur. Tendensiya davam edərsə, qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. Qeyd edək ki, “Brent” neftinin bu qədər ucuz qiyməti sonuncu dəfə ötən ilin noyabrında qeydə alınıb.
Bazarın təhlili göstərir ki, qiymətlərə ABŞ-dan qaynaqlanan amillər həlledici təsir göstərməyə başlayıb. Sabah ölkədə neft hasil edən buruqların sayına dair hesabat açıqlanacaq. Analitiklər buruqların sayının artacağını proqnozlaşdırırlar. Bu, hasil olunan neft ehtiyatlarının həcminin artacağı deməkdir. Qeyd edək ki, birjalarda son hərraclar sabah axşam keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır