Venesuelada növbəti toqquşmalar: xəsarət alanlar var

Venesuelada müxalifətin yürüşü polis tərəfindən dağıdılıb, xəsarət alanlar var. Müxaifət qüvvələri paytaxt Karakasın əsas avtomobil magistrallarından birində yürüş təşkil edib. Aksiya prezident Nikolas Maduronun Milli Şuranın toplantısının çağırılması və ölkənin əsas qanununa dəyişiklik edilməsi qərarına qarşı keçirilib. Polis yürüşün qarşısını almaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.

 

Toqquşmalar nəticəsində bir neçə aksiya iştirakçısı, o cümlədən, iki deputat xəsarət alıb.

 

Son məlumatlara görə, aprelin 4-dən başlayan etiraz aksiyaları zamanı azı 33 nəfər ölüb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR