Tramp İsrail və Fələstinə vasitəçilik sözü verdi

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin arasında mümkün sülh razılaşmasına nikbinliklə baxır. Amerika lideri Yaxın Şərq münaqişəsinin həlli üçün bütün səylərdən istifadə edəcəyinə söz verib. Donald Tramp bunu Fələstin lideri Mahmud Abbasla Vaşinqtonda keçirdiyi görüşdən sonra bəyan edib: “Mən vasitəçi olacam, mübahisələri yoluna qoyacam, tərəflərin istədiyi hər şeyi edəcəm”.

 

Mahmud Abbas isə İsrailin Fələstini tanıyacağına ümidini ifadə edib.

 

ABŞ prezidenti İsraillə Fələstin arasında sülh razılaşması üzrə danışıqların başlandığını bildirib. “Biz baş nazir Benyamin Netanyahu başda olmaqla bir sıra nüfuzlu İsrail nümayəndələri, həmçinin Fələstin liderləri ilə danışıqlar aparmışıq. Biz sülhə gətirəcək prosesə start veririk. Ümid edirəm ki bu proses uğurla nəticələnəcək”, deyə D.Tramp bildirib.

 

Bununla belə, ekspertlər hesab edirlər ki, münaqişənin nizamlanması üçün effektiv prosesin işə salınması asan olmayacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR