İranda mədən faciəsi nəticəsində ölənlərin sayı 35-ə çatdı
İranda kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. APA TV-nin məlumatına görə, xilasedicilər yardımçı tunellər qazaraq mədəndə qalan fəhlələri xilas etməyə çalışıblar, lakin tunellərdə qaz olduğu üçün ora girmək mümkün olmayıb. Yerin altında qalmış fəhlələrin meyitlərini tunellərə oksigen vurduqdan sonra çıxarmaq mümkün olub.
İndiyədək xəsarət almış 69 nəfər xəstəxanalara çatdırılıb. Bildirilir ki, mədəndə hələ də fəhlələr qalır, ölənlərin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, faicə Gülüstan vilayətinin Azadşəhr şəhəri yaxınlığındakı kömür mədənində baş verib. İranın təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Külivənd bildirmişdi ki, dağıntılar altında azı 90 nəfər qalıb.
OXŞAR XƏBƏRLƏR
14:39
456
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
622
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1181
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1025
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1703
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1176