"AZAL" klubu fəaliyyətini rəsmən dayandırdı
AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bəyanatda klubun dağılmasının səbəbləri belə izah olunub: “Son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır”.
AZAL rəhbərliyi inkişaf yönündə “Zirə”yə yardım məqsədilə infrastrukturu qəsəbə təmsilçisinə birləşdirməyi məqsədəuyğun sayıb: “Bu tələbləri nəzərə alaraq, Klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSC Bakı ətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli Klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuyğundur. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır