Ərdoğan Soçi yolunda: "Putinlə əsas müzakirəmiz..."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdə müzakirə olunacaq məsələlərin bəzi detalları məlum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, jurnalistlərə açıqlama verən Ərdoğan danışıqlarda Suriyada terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəklərini deyib.
Bundan başqa ticarət sahəsindəki məhdudiyyətlərin aradan qaldırılmasının diqqətə alınacağı açıqlanıb. Prezident deyib ki, hazırda mütəxəssislər bu məhdudiyyətlərin ləğvi üzərində çalışır.
Xatırladaq ki, Rusiya tərəfi bu ölkəyə məxsus "Su-24" təyyarəsinin vurulmasından sonra Türkiyəyə qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. Belə ki, hazırda Türkiyə istehsalı olan bəzi ərzaq məhsulları bu ölkənin ərazisinə buraxılmır.
Buna cavab olaraq Türkiyə hökuməti 2017-ci ilin 15 mart tarixindən Rusiya kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı, habelə ölkə daxilində emalına qadağa tətbiq edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır