NTV-dəki "Sən supersən!"in azərbaycanlı iştirakçısı: "İfaçı olacağam"
NTV telekanalının və Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" layihəsinin azərbaycanlı iştirakçısı Xoşqədəm Mehdiyeva vətənə dönüb.
APA TV-nin xəbərinə görə, yarışmada kifayət qədər diqqət cəlb etməyi bacaran qızcığaz final mərhələsinə keçə bilməsə də, ifaçılıq yolunda ilk uğurlu addımını atıb. Bununla bağlı keçirilən mətbuat konfransında da çıxış edənlər bu məqamı xüsusi vurğuladılar.
Qeyd olunub ki, yarışma müddətində Heydər Əliyev Fondu və Gəncə SOS Uşaq Kəndi Xoşqədəmə böyük dəstək göstərib.
Xoşqədəmi yaxından dəstəkləyənlərdən biri də şoumen Murad Dadaşovdur. Onun sözlərinə görə, “Sən supersən” unikal layihədir. İlk növbədə bu, valideyn himayəsindən məhrum olan uşaqlar üçün böyük şansdır: “Bu, bizim uşaqlara və ümumiyyətlə, körpələrə bir ümid çırağıdır. Bu layihənin özəlliyi ondadır ki, uşaqlığını çətinliklə yaşayan övladlara ümid yeridir. Niyə də yox? Görün, nə qədər tamaşaçı kütləsi bu layihəyə başqa gözlə baxır. Hər çıxış ayrı-ayrılıqda qiymətləndirilib. Bu layihədə vətənimin övladlarının iştirakı mənim üçün böyük əhəmiyyət kəsb edir”.
Xoşqədəm isə finala keçə bilməsə də, qəti qərarını verib - ifaçı olacaq: “İlk turda narahat idim. Amma mərhələni adlayanda çox sevindim. Şokda idim”.
Müğənni Emin Ağalarov Xoşqədəmin ifasından dərhal sonra səhnəyə gəlib və dəstəyini bu şəkildə nümayiş etdirib.
Xoşqədəm növbəti ildə də yarışmada iştirak edəcək.
Qeyd edək ki, “Sən supersən” layihəsində valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır