Mingəçevirdə dəhşət: kisi arvadının başını kəsdi

Mingəçevir şəhərində arvadını amansızlıqla qətlə yetirən şəxs tutulub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb.

 

Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqla qətlə yetirib.

 

İki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR