Olbrayt Trampa məsləhət verdi: "Bu sənə yaraşmaz"

"Prezident Donald Tramp Kim Çen In ilə görüşərkən ehtiyatlı olmalıdır".

 

APA TV-nin məlumatına görə, bunu sabiq dövlət katibi Madlen Olbrayt CNN telekanalında qonaq olarkən bildirib. O deyib ki, Şimali Koreyanın heç bir şəkildə dünyanın nüvə gücü olmasına imkan vermək olmaz:

 

"Donald Tramp çox güman ki, Şimali Koreya lideri ilə uğurlu münasibətlər qurmaq istəyir, amma bu yalnız biznes sahəsində mümkün ola bilər. Lakin bu da bir prezidentə yaraşan hal deyil" - deyə, sabiq dövlət katibi qeyd edib.

 

Bununla belə, xanım M.Olbrayt rəsmi Pxenyana təzyiq etmədən Şimali Koreyanın təkbaşına nüvə gücü olmasının mümkünsüzlüyünü xatırlatmanın vacib olduğunu deyib.

 

Bir müddət əvvəl isə Donald Tramp Şimali Koreya lideri barəsində müsbət fikirlər söyləyərək, onun gənc yaşda hakimiyyətə yiyələnməsinin çətinliyinə işarə edib. Bundan bir qədər sonra isə Ağ Ev sözçüsü Şon Spayser hər iki liderin görüşü üçün uyğun şəraitin yaranmasının önəmini vurğulayıb.

 

Qeyd edək ki, Madlen Olbrayt dövlət katibi postunda 2000-ci ildə Pxenyana səfər edən ilk ABŞ rəsmisi olaraq tarixə düşüb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR