Əfqanıstanda NATO konvoyuna hücum: 8 ölü, 25 yaralı

Əfqanıstanda NATO konvoyuna hücum olub.

 

APA TV-nin məlumatına görə, hərbi avtomobillərdən ibarət kortejə hücum səhər saatlarında təşkil olunub.

 

Hadisə Kabil şəhərində, ABŞ səfirliyinin yaxınlığında baş verib. Hücum zamanı 8 nəfərin öldüyü, aralarında 3 ABŞ hərbçisi olmaqla 25 nəfərin yaralandığı bildirilir. Ölənlər mülki şəxslərdir.

 

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Ancaq "Taliban" ölkədəki xarici qüvvələrə qarşı təhdid mesajı yaymışdı.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR