İstixanaya girən polislər "soyuq duş" aldı - BALAKƏNDƏ ƏMƏLİYYAT
Balakəndə istixanada narkotik bitki becərən keçmiş məhkum həbs edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıbulaq kənd sakini 1960-cı il təvəllüdlü Sədrəddin Musa oğlu Musayevin yaşadığı evin həyətyanı sahəsində əməliyyat axtarışı aparıb. Polis əməkdaşları həyətə daxil olduqda isə: "Həyətyanı sahədə tikilmiş istixanada kultivasiya üsulu ilə əkilmiş, aqrotexniki qaydada qulluq edilən, hündürlüyü 70 sm-dən 1m 50 sm-ə qədər, sayı 35 ədəd olmaqla ümumi çəkisi 20 kq olan narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları və eyni zamanda həmin istixananın içərisində satış məqsədi ilə yarımqurudulmuş vəziyyətdə, xalis çəkisi 3 kq 335 qr marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Əməliyyatın davamı olaraq Sədrəddin Musayevin həyətyanı sahənin kənarındakı kolluq ərazidə gizlətdiyi bir ədəd sintetik kisənin içərisindən qurudulmuş vəziyyətdə olan, xalis çəkisi 3 kq 875 qr marixuana aşkar edilib. Sədrəddin Musayevin üzərinə baxış zamanı isə onun əynində olan köynəyin cibindən 0,51 qram qurudulmuş marixuana götürülüb".
Tədbir nəticəsində əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayan Sədrəddin Musayev saxlanılıb və onun barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Balakən rayon PŞ-də CM-nin müxtəlif maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır