Trampla Putin arasında növbəti telefon əlaqəsi: MÜTLƏQ GÖRÜŞMƏLİYİK!

ABŞ və Rusiya prezidentləri arasında növbəti telefon danışığı baş tutub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Trampla Putin ikitərəfli əlaqələri və beynəlxalq münasibətləri müzakirə ediblər.

Telefon danışığı zamanı əsas müzakirə mövzusunun terrorizmə qarşı mübarizədə səylərin artırılması və Koreya yarımadasındakı gərginliklə bağlı olduğu açıqlansa da, əlavə məlumat verilmir. Yalnız Putinin bu məsələdə daha diqqətli davranılmalı olduğu sözlərini işlətdiyi qeyd olunur.

Dövlət başçıları iyulda Almaniyanın Hamburq şəhərində "G20" sammitində ikitərəfli görüşün vacibliyini önə çəkib.

Xatırladaq ki, bu Trampın ABŞ prezidenti seçildikdən sonra Putinlə üçüncü telefon əlaqəsidir.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR