Almaniya kansleri: "Putinə dedim ki, Çeçenistandakı geylərlə məşğul olsun"

"Çeçenistanda cinsi azlıqlarla bağlı yayılan məlumatlardan narahatıq".  APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Soçidə Almaniya kansleri Angela Merkel Rusiya prezidenti ilə görüşdə dilə gətirib: "Bizə çox da yaxşı olmayan informasiyalar daxil olur. Mən cənab Putindən xahiş etdim ki, Çeçenistanda cinsi azlıqların hüquqlarının tapdanmasına son qoyulsun və o, bu məsələyə diqqət yetirsin".

Xatırladaq ki, ötən ay Rusiya mətbuatında da Çeçenistanda cinsi azlıqlara qarşı kobud davranışlarla, onların kütləvi şəkildə həbs olunması ilə bağlı məlumatlar yayılıb. Kremldən və Çeçenistanın prezident administrasiyasından isə bununla əlaqədar təkzib verilib.

Ramzan Kadırov aprelin 19-da Vladimir Putinin qəbulunda olarkən Çeçenistanda bu qəbildən olanların həbsə alınmasının və öldürülməsinin doğru olmadığını bildirib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR