Merkel Putinə cavab verdi: "Mən qorxaq adam deyiləm"
"Rusiya heç bir ölkənin daxili işlərinə qarışmır və heç kəsin də onun daxili işlərinə qarışmasını istəmir". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatla adı çəkilən ölkənin prezidenti çıxış edib:
Soçidə Vladimir Putinlə Almaniya kansleri Angela Merkel bir araya gəlib. Tərəflər iyulda keçiriləcək "G20" toplantısında aparılacaq danışıqları, həmçinin Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edib.
Hər iki tərəf Suriya və Ukrayna böhranının həll edilməsi yolunda sülh danışıqlarının davam etdirməsinin vacib olduğunu bildirib. Kreml rəhbəri ölkəsinə yönələn bəzi ittihamların haqsız olduğunu önə çəkib:
"Təəssüf hissi ilə qeyd etməliyəm ki, Rusiyaya qarşı haqsızlıqların şahidi oluruq. Biz daxili siyasətimizə bəzi qüvvələr tərəfindən müdaxilələri görür və duyuruq. Belə müdaxilələr həm rəsmi, həm də qeyri-rəsmi qurumlar tərəfindən edilir".
Angela Merkel isə ölkəsində baş tutacaq seçkilər zamanı heç bir müdaxilədən çəkinmədiyini açıqlayıb:
"Mən qorxaq adam deyiləm", - deyə xanım kansler bəyan edib.
Bununla yanaşı Angela Merkel vurğulayıb ki, əgər belə hallar baş verərsə istər alman, istərsə də beynəlxalq ictimaiyyət dərhal məlumatlandırılacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır