İslamiada bu arenalarda keçiriləcək - REPORTAJ
IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. APA TV-nin xəbərinə görə, yarışların keçiriləcəyi bir neçə arenaya media tur təşkil olunub.
İlk baş çəkdiyimiz məkan Bakı Tennis Akademiyası oldu. Bildirildi ki, bu idman növü üzrə 18 ölkədən 71 idmançı qatılacaq.
Tennis oyunları əsasən 7 açıq kortda keçiriləcək, 5 qapalı kortda isə sırf məşqlər təşkil olunacaq.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarında 4 idmançı mübarizə aparacaq.
1250 nəfərlik tamaşaçı tutumu olan bu əsas kortda medal uğrunda mübarizə yarışları keçiriləcək.
Serbiyalı məşqçi Boris Bevanda bildirib ki, yığma komanda oyuna tam hazırdır: "Biz 9 aydır yarış iştirakçıları ilə çalışırıq. Onlar çox yaxşı hazırlaşırlar. Biz inanırıq ki, çox yaxşı nəticələr əldə edəcəyik. İdmançılar həm komanda olaraq, həm də təklikdə mübarizə aparacaq. Hədəfimiz medal qazanmaqdır".
Tennis oyunlarının meneceri Yalçın Manaflı komanda üzvlərinin çox gənc olduğunu deyib: "Onlar hazırlaşırlar rəqiblərinə qarşı mübarizə aparsınlar. Biz çox istəyərdik ki, qızıl medal olsun".
Milli komandanın 17 yaşlı üzvü Züleyxa Səfərova bildirib ki, bir neçə aydır gərgin təlim məşqlərdə iştirak edir: "Mən əlimdən gələni edirəm ki, bu, mənim böyük tennisdə ən böyük turnirlərimdən, yarışlarımdan biri olacaq. Çox həyəcanlıyam. Hər kəs birinci yeri gözləyir. Mən də istərdim ki, bu oyunlar qələbə ilə nəticələnsin, birinci yer əldə edim".
Heydər Əliyev İdman Arenasında isə 3 idman növü üzrə yarışlar təşkil olunacaq. Cüdo, para-cüdo və güləş yarışları müxtəlif tarixlərdə məhz bu zalda keçiriləcək.
Arenanın ümumi tamaşaçı tutumu 7500 nəfədir. Yarışlar mayın 13-dən başlayaraq 21-nə kimi davam edəcək.
Mayın 13-dən 15 qədər cüdo, para-cüdo mayın 17-dən 21-nə kimi güləş üzrə yarışlar təşkil olunacaq. Məşqlər ayın 11-dən başlayacaq. Cüdo üçün iki xalça, güləş üçün 3 xalça nəzərdə tutulub. Güləş yarışlarına ümumi 31 ölkədən 237 nəfər idmançı qatılacaq. Azərbaycan millisi bu yarışlarda hər üç növdə tam heyətlə çıxış edir. Azərbaycandan ümumi 24 nəfərdir - hər çəkidə bir nəfər.
Yarışlarda iştirak edəcək güləşçilər oyuna tam hazır olduqlarını deyiblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır