126 hakimliyə namizəd Türkiyədə təlim keçəcək

Azərbaycan Ədliyyə Akademiyasında təhsil alan hakimliyə namizədlər təlimlərdə iştirak etmək üçün Türkiyəyə yollanacaqlar.

 

APA TV-nin xəbərinə görə, səfər çərçivəsində hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi barədə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna dair məlumatlar veriləcək.

 

Yolasalma mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, hakimliyə namizədlər gələcəkdə hakim məsuliyyətini öz üzərilərinə götürərkən dövlətin gələcəyini də öz əllərinə almış olacaqlar: "Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanın gücü də Türkiyənin gücüdür. Biz birlikdə hərəkət etdiyimiz müddətdə daha güclü olacaq və bir-birimizə güc verəcəyik. Biz Azərbaycana istədiyi sahədə hər zaman kömək etməyə hazırıq".   

 

TİKA-nın Azərbaycandakı proqram koordinatoru Adəm Urfa təlimə ümumilikdə 126 hakimliyə namizədin qatılacağını deyib. Onun sözlərinə görə, 64 nəfər mayda, digər 62 nəfər isə sentyabrda təlimlərə qatılacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR