Qazaxda yaşayış evi külə döndü

Qazax rayonunda ev əşyaları ilə birlikdə yanaraq kül olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində Bayramov Həmid İsmayıl oğluna məxsus evdə qeydə alınıb.

 

Ev sahibinin yaxın qohumunun verdiyi məlumata görə, ailə səhər saatlarında evdən çıxandan sonra az sonra evdə yanğın baş verib. Qonşular evdən tüstü çıxdığını gördükdən sonra Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng ediblər. Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, ev tamamilə yanıb.

 

Zərərçəkənin qohumu qapıların bağlı olması səbəbindən evdəki əşyaların hamısının yandığını deyir. İlkin ehtimala görə, hadisə qısaqapanma nəticəsində baş verib.

 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR