Türkiyə səfiri: "Prezident Ərdoğanın Azərbaycana səfəri düşünülür"
Bu ilin yayında Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi gözlənilir. APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Diplomat bu formatda görüşlərin keçirilməsinin Türkiyədə keçirilən referenduma görə ləngidiyini bildirib: "Yayda da üçtərəfli görüşün keçirilməsini gözləyirik. Hansı formatda görüşlərin keçirilməsi isə üçüncü tərəfin hansının hazır olmasından asılı olacaq".
Türkiyənin yenidən monitorinq prosesi altına alınması barədə Avropa Şurası Parlament Assambleyasının qərarına toxunan səfir rəsmi Ankaranın siyasi xarakterli bu qərarı tanımadığını bir daha xatırladıb: "Biz Türkiyə olaraq bu qərarı tanımadığımızı açıqlamışıq. Bu qərarın bizim üçün bir hökmü yoxdur".
Erkan Özoral Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupunun Türkiyədən qatılacağını deyib: "Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir".
Səfirin sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarında Türkiyə tərəfindən 500 nəfərlik heyət iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır