Azərbaycan prezidenti Cibuti Milli Assambleyasının sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığımızın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib.
İkitərəfli əlaqələrimizin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev dedi ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığımıza toxunan prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, ölkələrimiz arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib.
Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimizin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır