Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri davam edir

Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir.

 

APA TV-nin xəbərinə görə, birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

 

Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzusunda tapşırırlar yerinə yetirilir.

 

Qeyd edək ki, mayın 1-də başlayan təlimlər mayın 5-dək davam edəcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR