Türkiyə prezidenti yenidən AKP-yə üzv oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
Bu gün Ərdoğanın partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında mərasim keçirilib. Mərasimdə AKP rəhbər orqanlarının üzvləri, millət vəkilləri qatılıblar. Binəli Yıldırım Ərdoğana AKP-yə üzvlüyü ilə bağlı bəyannaməni təqdim edib və Ərdoğan sənədi imzalayıb. Bununla da Ərdoğan 979 gün sonra AKP-yə yenidən üzv olub. Növbəti mərhələdə Ərdoğanın AKP-nin sədri seçilməsi üçün mayın 21-də növbədənkənar qurultay keçiriləcək.
Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır