Azərbaycanda pensiya yaşı artırıldı - PREZİDENT FƏRMANI

Azərbaycan prezidenti İlham Əliyev pensiya yaşının artırılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

 

APA TV-nin məlumatına görə, prezident “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.

 

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək. Kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR