ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etməyəcək, amma...

"Senatorlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməməsi barədə razılığa gəlib".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Senatın Xarici İşlər Komitəsinin rəhbəri, senator Bob Korker bəyan edib.

 

Onun sözlərinə görə, konqresin yuxarı palatasında hazırda Rusiyanın Şərqi Avropadakı təsirinə qarşı sanksiyaların daxil olmadığı alternativ cavab tədbirlərinin görülməsi nəzərdən keçirilir. B.Korker bu məsələdə əksər konqresmenlərin ortaq mövqe göstərdiyini də bildirib. Bununla belə senator gələcəkdə sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını istisna etməyib.

 

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar Ukrayna hadisələri səbəbindən 2014-cü ildə tətbiq edilib. 2017-ci ilin yanvarında isə sabiq Ağ Ev rəhbəri Barak Obama məhdudiyyətlərin 1 il müddətinə uzadılmasına qərar verib. Sonradan  hazırkı prezident Donald Trampın sanksiya qanununu ləğv edəcəyi deyilsə də, senatorlar prezidentin bu qərarına veto qoyulacağını açıqlamışdılar.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR