Çindən ABŞ-a etiraz: Cavabımız sərt olacaq!
"Cənubi Koreya ərazisində raketdən müdafiə sistemləri yerləşdirməsindən narahatıq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
"Bizim mövqeyimiz aydın və qətiyyətlidir. Çin Pentaqonun bölgədə THAAD tipli müdafiə sistemləri yerləşdirməsinin əleyhinədir. Rəsmi Pekin buna qarşı öz maraqları daxilində addımlar atacaq", - deyə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Gen Şuan qeyd edib.
Bir müddət öncə bölgədəki ABŞ hərbi kontingentinin nümayəndəsi Rob Menninq THAAD müdafiə sisteminin Şimali Koreyanın gözlənilən raket zərbələrinin neytrallaşdırılması məqsədilə yerləşdirildiyini bəyan edib.
Pekin isə ABŞ-ın bu davranışının Rusiya və Çinə qarşı təhdid yaratdığını iddia edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır