Temperatur 28 dərəcəyə yüksəlir

Mayın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 11-14, gündüz 20-25, Bakıda gecə  12-14, gündüz  23-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz  12-17 dərəcə isti olacağı gözlənilir. 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR