"HƏMAS" İsrailə qarşı siyasətini dəyişir: Netanyahu inanmır
"HƏMAS" Fələstin dövlətinin 1967-ci ildəki sərhədlər daxilində yaradılması variantını nəzərdən keçirir.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu tezis təşkilatın siyasi büro üzvü Xalid Məşəlin açıqladığı proqramda yer alıb.
Proqramda həmçinin kompromis addımın heç də sionist rejimin tanınması anlamına gəlmədiyi, fələstinlilərin hüquq təminatı ilə bağlı hər hansı yumşalmanın olmayacağı da açıqlanıb. Sənəddə 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması, qaçqınların öz evlərinə qayıtmaq hüququnun tanınması da öz əksini tapıb.
Sözü gedən proqramla İsraillə qarşıdurmanın dini yox, sırf siyasi xarakter daşıdığı, yəhudi dövlətinin məhv edilməsi məsələsinin artıq "HƏMAS"ın siyasi doktrinasından çıxarıldığı kimi məsələlər müəyyən edilib.
İsrailin baş naziri Benyamin Netanyahu təşkilatın proqramına münasibət bildirərkən burada əsas məqsədin təşkilatın özünə qarşı təzyiqləri azaltmaq, eləcə də beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güddüyünü deyib.
Qeyd edək ki, 1987-ci ildə yaradılan "HƏMAS" 2006-cı ildə parlamentdə səs çoxluğuna yiyələnərək, hökuməti formalaşdırıb. Təşkilat 2007-ci ilin yayında Qəzza sektorunda hakimiyyəti ələ keçirdikdən sonra muxtariyyət iki yerə bölünüb: İordan çayının Mahmud Abbasın rəhbərlik etdiyi qərb sahili, eləcə də "HƏMAS"ın hakim olduğu Qəzza sektoru.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır