Tramp minlərlə diplomatı işdən çıxaracaq

ABŞ Xarici İşlər Nazirliyinin 2300 əməkdaşı işdən çıxarılacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, xarici işlər naziri Reks Tillersonun həmin insanların işdən çıxarılması üçün hesabat hazırladığı məlum olub.

 

Nazirlikdən işə qəbul olunan diplomatların sayında da azalma olacağı bildirilib. Təxminən 75 minlik əməkdaşı olan Xarici İşlər Nazirliyinin işdən çıxarılan əməkdaşları 3 faiz təşkil edəcək.

 

Dövlət Departamentinin rəhbəri Reks Tillerson ötən həftə nazirlik daxilində yeni bir formalaşma aparılacağını demişdi. İşdən çıxarılma prosesində əməkdaşların  "vəzifələrindəki nailiyyətlər" nəzərə alınacaq.

 

Donald Tramp 2018-ci ilin büdcəsində Xarici İşlər Nazirliyinə ayrılan vəsaitin 28 faiz azaldılacağını təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR