Ağstafada bir neçə kəndi birləşdirən yolda tamamlama işləri gedir
Azərbaycan prezidentinin sərəncamına əsasən, bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Ağstafa rayonu Köçəsgər avtomobil yolu layihəsidir.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, sözügedən avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılır.
Layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.
Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu 15, 5 km, eni 12 m olan və 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda 6 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı də salınıb. Ümumilikdə isə yolun 100 kvadrat metrdən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək.
Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2,5 m enində çiyinlər də daxildir.
Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46500 m uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.
Qeyd edək ki, Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır