1 May bayramı neftin qiymətinə mənfi təsir edib, qiymətlər ucuzlaşır
Bayramlarla əlaqədar Avropa və Asiya ölkələrinin bir çoxunda qeyri-iş günü olması birjalarda neftin qiymətinə mənfi təsir edib.
APA TV-nin xəbərinə görə, tələbatın azalması nefti xeyli ucuzlaşdırıb. Səhər seanslarında “Brent” markalı neftin qiyməti 51,38 dollar, Qərbi Texas neftinin qiyməti isə 48,66 dollar olub.
Neftin ucuzlaşmasına OPEK-in hasilatı azaltmaq təklifinin effektinə şübhələrin çoxalması da təsir göstərir. Yanvarda əldə olunan razılaşma əsasında OPEk ölkələri və kartelə üzv olmayan bəzi ölkələr neft hasilatını azaltsa da, bu, qiymətlərin kəskin bahalaşmasına səbəb olmayıb. Ötən dövr ərzində “Brent” markalı neftin maksimum qiyməti 57,21 dollar təşkil edib ki, bu da qısa müddəti əhatə edib. Ümumilikdə OPEK razılaşmasından sonra neftin qiyməti 51-55 dollar arasında olub. ABŞ-da hasilatın artması fonunda bazar iştirakçıları növbəti sövdələşmənin qiymətləri bahalaşdıra bilməyəcəyini düşünürlər.
Bu axşam ABŞ-ın neft ehtiyatlarının həcminə dair ilk həftəlik qeyr-rəsmi hesabat açıqlanacaq. Ehtiyatların bu həftə də azalacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır